Sevgi dolu görüntünün arxasında

Alman diktator Adolf Hitlerin az tanınmış bir fotosu Amerikada hərraca çıxarılaraq satılıb.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, Hitlerin yəhudi bir ailədən olan Rous Bernile Nienau adlı qız uşağı ilə çəktirdiyi bu fotosu 11 min dollara alıcı tapıb.

İlk baxışda bir adamın bir qız uşağını qucaqladığı sevgi dolu anı göstərən bu foto göründüyünün əksinə qaranlıq bir hekayəni özündə saxlayır.

Hitler Rous ilə doğum günlərinin eyni olması sayəsində tanış olub. Rous və anası həmin dövrdə baş nazir olan Hitlerin doğum gününü qeyd etmək üçün Hitlerin Alp dağlarında yerləşən evinin qarşısında toplanan insanlar arasında olub.

Hitlerin doğum günlərinin eyni gündə olduğunu öyrəndikdən sonra Rous və anasını evinə dəvət edib, fotoların da orada şəkildiyi güman edilir.

Amma vəzifəlilər bir müddət sonra Rousun nənəsinin yəhudi olduğunu öyrənib və Rous da bu səbəblə faşist hökumətinin gözündə yəhudi sayılır.

Hitler və Rousun əlaqəsi kəsildikdən 1 il sonra İkinci Dünya Müharibəsi başlayıb. 6 il davam edən müharibədə 6 milyon yəhudi ölüb. Müharibə zamanı ölənlərdən biri də Rous idi. O, 1943-cü ildə 17 yaşında ikən Münhendə bir xəstəxanada uşaq iflicindən dünyasını dəyişib.

http://matbuat.az/news/1060709/fenomen-cizgi-film-...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR