Tarixdə ən güclü: Kaliforniyada meşə yanğınları ilə mübarizəyə yüzlərlə vertolyot qoşuldu, 71 ölü - VİDEO

Tarixdə ən güclü: Kaliforniyada meşə yanğınları ilə mübarizəyə yüzlərlə vertolyot qoşuldu, 71 ölü - VİDEO
10:27 18 Noyabr 2018
66 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika günahkar axtarır.

Milli.Az xəbər verir ki, Kaliforniyada güclü yanğınları söndürmək get-gedə çətinləşdiyi bir vaxtda ölkədə artıq yeni "atəş" alışır - siyasi müzakirələr.

Demokratlar və respublikaçılar ABŞ-ın ən sıx məskunlaşmış ştatının meşələrinin hansı səbəbdən yandığını aydınlaşdırmağa çalışırlar ki.

Şübhələnilənlərin arasında Kaliforniya hakimiyyəti və qlobal istiləşmə durur.

Məlumat üçün bildirək ki, Kaliforniya ştatında dəhşətli yanğınlar nəticəsində ölənlərin sayı 71 nəfərə çatıb.

Mindən artıq insan itkin düşmüş hesab edilir.

Təxminən 10 min bina məhv edillib, 300 min insan fəlakət zonasından təxliyə olunub.

Alovun söndürülməsinə Milli qvardiyanın aviatexnikası cəlb edillib.

Нажмите на видео для просмотра:
Tarixdə ən güclü: Kaliforniyada meşə yanğınları ilə mübarizəyə yüzlərlə vertolyot qoşuldu

Нажмите на видео для просмотра:
Tarixdə ən güclü: Kaliforniyada meşə yanğınları ilə mübarizəyə yüzlərlə vertolyot qoşuldu (2)

Zaur Həsənəliyev
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/704888.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR