Roma Papası Avropada yaşayan bütün katolikləri Donbas vilayətində zərər çəkmiş ukraynalılara kömək etməyə çağırıb.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, xeyriyyə aksiyası "Papa Ukrayna üçün" devizi altında keçirilib.
Aksiya zamanı 11 milyon avro toplanması mümkün olub. Daha 5 milyonu isə pontifik özünün şəxsi fondundan ayırıb.
"Bu aksiya ukraynalıların özlərini yalqız və tərk edilmiş hiss etməmələri üçün keçirilib", - deyə Vatikanın Ukraynadakı nümayəndəsi, arxiyepiskop Klaudio Qucerotti bildirib.
Aksiyanın təşkilatçıları bildiriblər ki, vəsaiti yalnız Donbasın Ukraynanın nəzarəti altında olan hissəsinin əhalisi alacaq.
Milli.Az