“ASAN Məktub” layihəsinin 3 yaşı qeyd olundu

Bu gün Bakı Konqres Mərkəzində“ASAN Məktub” layihəsinin 3 yaşı ilə əlaqədar “ASAN Məktub” 3 yaş - Əlçatan Arzuları Sən Gerçəkləşdir” tədbiri keçirilib.

Metbuat.az-ın məlumatına görə, “ASAN Könülləri” Təşkilatı tərəfindən təşkil edilən tədbirdə əvvəlcə arzusu reallaşan uşağın təşəkkür məktubunu əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən “ASAN Məktub” layihəsinin rəhbəri Rəbiyyə Cəfərova ötən üç il ərzində həyata keçirilmiş fəaliyyətə dair təqdimatla çıxış edib.

“ASAN Məktub” layihəsinin əhəmiyyətini qeyd edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev humanizm, mərhəmətlilik dəyərlərini təbliğ edən buinnovativ layihəyə dəstək olan bütün qurumlara təşəkkürünü bildirib.

“ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabarova isə müxtəlif istiqamətlərdə həyata keçirilən layihələr barədə məlumat verib.

Daha sonra tədbirdə www.asanmektub.azsaytının yeni versiyası, həmçinin “Əlçatan Arzuları Sən Gerçəkləşdir” videoçarxı nümayiş olunub və layihəyə dəstək olmuş şirkətlərə təşəkkürnamələr təqdim edilib.

Sonda qonaqlar layihənin şəkillərindən ibarət sərgi ilə tanış olublar və “ASAN Məktub” ağacından məktubları öhdəliyə götürüblər.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR