“ABAD” Şəki Keramika və Tətbiqi Sənət Mərkəzindən

Xəbər verdiyimiz kimi, “ABAD” Şəki Keramika və Tətbiqi Sənət Mərkəzinə media-tur təşkil edilib.

Metbuat.az-ın məlumatına görə, media-tur çərçivəsində jurnalistlər mərkəzlə tanış olublar.

Mərkəzdə keramika sənətindən əlavə, xalçaçılıq və digər sənətkarlıq sahələri üzrə təlimlər keçirilir. Məqsəd isə yeni sənətkarların yetişdirilməsidir. Vətəndaşların xidmətinə nəzəri və tətbiqi kurslar, sobalar, avadanlıqlar və digər materiallar təqdim edilir. Evlərində peşəkar şəraiti yarada bilməyən vətəndaşlar mərkəzin bütün xidmətlərindən istifadə edə bilərlər. Eyni zamanda da digər bölgələrdən gələnlərə mərkəzin nəznindəki “Qonaq zonası”nda kurs zamanı ödənişsiz gecələmək üçün şərait yaradılıb.

Qeyd edək ki, Mərkəz və “ABAD” vasitəsilə bacarıqlarını artıran vətəndaşlar əl işlərinin satışından gələn gəlirləri bank hesabına köçürülür. Bu, həm əhalinin sosial rifahının yüksəlməsinə, həm də özünüməşğulluq proqramının inkişafına müsbət təsir göstərəcək. Keramika Mərkəzinin daha bir əhəmiyyətli xüsusiyyəti ondan ibarətdir ki, burada yalnız yerli gildən istifadə olunur, bu da idxalı əvəz siyasətinə uyğundur.

Günay Elşadqızı / Şəki / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR