Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin
Salmanı jurnalist Camal Qaşıqçı cinayətində ittiham etmək üçün
kifayət qədər dəlil yoxdur.
Publika.az xarici mediaya istinadən xəbər verir
ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Floridada Mar-a-Lago
iqamətgahında jurnalistlərə açıqlamasında deyib.
“Bu cinayətdən bütün dünya məsul tutulmalıdır. Çünki, dünyada
kirli bir yerdir”, - Tramp bildirib.
Şahzadənin Qaşıqçı cinayəti barədə əvvəldən məlumat sahibi
olduğu yönündə iddiaları qəti şəkildə rədd etdiyini dilə gətirən
Tramp özünün mövqeyinin “bəlkə bilirdi, bəlkə də bilmirdi” şəklində
olduğunu xatırladıb.
Daha əvvəl “Middle East Eye” saytında dərc olunan məqalədə
bildirilirdi ki, ABŞ prezidenti Donald Tramp Camal Qaşıqçı
cinayətindən sıyrılması üçün Səudiyyə Ərəbistanının vəliəhd
şahzadəsi Məhəmməd bin Salmanı 450 milyard dollarlıq sərmayəyə razı
salmağa çalışır.
ABŞ Qaşıqçıya görə ödənilməsi mümkünsüz olan MƏBLƏĞ İSTƏDİ: Dünyanı titrədəcək ADDIM
Xatırladaq ki, bir neçə gün əvvəl MKİ-dəki mənbəyə istinadən
“Vaşinqton Post” nəşrinin yazdığına görə, MKİ Qaşıqçının ölüm
əmrinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin
Salman tərəfindən verildiyi qənaətinə gəlib.
Daha əvvəl isə Səudiyyə Ərəbistanının Baş Prokurorluğu
Qaşıqçının cəsədinin parçalanaraq İstanbuldakı baş konsulluqdan
çıxarıldığını etiraf edib. Açıqlamada Qaşıqçının ölümündə
boğulmanın və öldürücü dozada verilən dərmanın təsiri olduğunu
bildirib.
Prokurorun açıqlamasına görə, Səudiyyə Ərəbistanının vəliəhd
şahzadəsi Məhəmməd bin Salmanın məsləhətçisi Səud əl Kahtaniyə
Qaşıqçını ölkəyə geri qaytarmaq əmri verilib. Ölkəyə geri
qaytarılması təmin olunmadıqda isə öldürülüb. Ölüm əmrini İstanbula
göndərilən komandanın başçısı verib. Kahtaninin ölkədən çıxışı
qadağan edilib.
Cinayətdə adları çəkilən 11 şübhəlidən 5-nin edam edilməsi tələb
olunub.
Xatırladaq ki, Qaşıqçı oktyabrın 2-də öldürülüb.