Aparıcı Afaq Gəncəli və rəqqasə Oksana Rəsulova barışıb.
Metbuat.az axşam.az-a istinadən bildirir ki, tanınmışlar birlikdə "Zaurla Günaydın" verilişinə qatılıblar. Onlar bir-birindən xəbərsiz proqrama gəliblər. Aparıcı Günay Baxşəliyeva Oksana ilə Afaqın küsülü olduğunu əvvəlcə bilmədiyini, sonradan öyrəndiyini bildirib.
Daha sonra rəqqasə ilə aparıcı qucaqlaşıb barışıb. Afaq incikliyinin səbəbini açıqlayıb:
"Oksananın xətrini istəyirəm, arada anlaşılmamazlıq var idi. İmkan olmadı bunu düzəldək, mən də üstünə getmədim. Anlaşılmazlıq olub, mən də üstünə getmədim ki, eybi yox. Kaş belə olmazdı. Süjetdə bir hadisə olmuşdu".
Oksana isə "Afaqla çox yaxın idik. İdmana gedirdik, birlikdə otururduq. Bizim ortaq dostumuz Şəhriyar Əbilovdur. Həmişə bizi barışdırmaq istəyirdi. Məni incidən süjet idi" sözlərini deyib.
Qeyd edək ki, Afaqla Oksananın küsülülüyünə səbəb aparıcının "ATV maqazin onlarla" verilişində rəqqasə ilə bağlı yayımladığı süjet olub.