Bakının Suraxanı rayonunun Hövsan kəndi yaxınlığında dənizdə (təxminən 25 km dənizin içinə doğru) taxta qayıqda köməksiz qalan iki nəfəri Su Nəqliyyatında Polis idarəsinin əməkdaşları xilas ediblər.

İdarədən Metbuat.az-a verilən məlumata görə, qayıqda həyati təhlükədə olan 1980-ci il təvəllüdlü Emin Fərmanov və 1977-ci il təvəllüdlü Eldəniz Cavadovun yeri su polisi tərəfindən operativ şəkildə müəyyən edilib və həyatları xilas olunub.

Su polisi mütəmadi olaraq bu cür halların qarşısını almaq üçün profilaktik və lazımi işləri gücləndirir.