Latviya Ukraynanın NATO və Avropa İttifaqına inteqrasiya yolunu, bu istiqamətdə apardığı islahatları dəstəkləyir və bundan sonra da dəstəkləyəcək.
Metbuat.az Azərtaca istinadənxəbər verir ki, bu fikri Kiyevdə rəsmi səfərdə olan Latviya Prezidenti Raymonds Veyonis ukraynalı həmkarı Petro Poroşenko ilə keçirdiyi birgə brifinqdə söyləyib. “Biz Ukraynadan hələ çox islahatların aparılmasını gözləyirik”, – deyən Latviya Prezidenti qeyd edib ki, Avropa İttifaqı ölkələri ilə vizasız rejimin tətbiqinə dair assosiativ razılıq Ukrayna və Latviya arasında ikitərəfli əməkdaşlığın dərinləşməsinə, həmçinin digər Aİ ölkələri ilə əlaqələrin inkişafına təsir göstərib.
Prezidentin sözlərinə görə, aparılan islahatlar həm siyasi cəhətdən önəmlidir, həm də Ukrayna xalqı üçün böyük əhəmiyyət daşıyır.