Bir müddət əvvəl məşhur "Queen" qrupu ilə bağlı çəkilən "Bohemian Rhapsody" filmi təqdim edilib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, film qısa zamanda minlərlə insan tərəfindən izlənilib və bəyənilib.

Filmin aktyor heyəti ötən gün ABC kanalında yayımlanan "The View" verilişində qonaq olublar.

Onlar çəkilişlər, rolları barədə danışıblar.

Qrupun gitaraçısı Brayn Mey filmin baş rol aktyoru Rami Malekin performansını çox bəyəndiyini söyləyib. O bildirib ki, bu roluna görə "Oskar" mükafatı qazana bilər.

Malek daha sonra bildirib ki, 1991-ci ildə dünyasını dəyişən Freddinin doğma bacısı onun obrazını görəndə gülüb və bəyənib.

Qeyd edək ki, məşhur qrupun solisti Freddi Merkuri (əsl adı Fərrux Bulsara)1991-ci ildə noyabrın 24-də vəfat edib. O, QİÇS xəstəliyindən əziyyət çəkirdi. Qrupun digər üzvləri isə sağdır.

Fuad
Milli.Az