Türkiyədə yaşayan cani qadın dünyaya gətirdiyi körpəni yaşadığı evin damında saxlayaraq ölümə tərk edib, daha sonra körpənin çürümüş cəsədini gizlicə məzarlığa apararaq dəfn edib.
Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, körpənin cəsədi vəzifəlilər tərəfindən tapılıb və körpənin kimliyinin müəyyən olunması üçün çalışma başladılıb. Körpənin bədənin bir hissəsinin parçalanmış olması ölüm səbəbini müəyyənləşdirməyə imkan verməyib. Bu zaman gənc qadın prokukorluğa müraciət edərək etdiklərini etiraf edib. Polis nəzarəti ilə sərbəst buraxılan qadına 15 ilə qədər həbs tələb olunub.