Hindistanda bir adam avtomobil qəzasında həyatını itirən sevgilisi üçün hind ənənələrinə uyğun toy mərasimi təşkil edərək ölmüş sevgilisi ilə evlənib.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, 4 ildir birlikdə olan gənc cütlük faciəvi qəzadan əvvəl evlənməyi planlaşdırırdı
Cənazə mərasimində çəkilən görüntülərdə olduqca kədərli görülən adam cənazəyə qatılanların qarşısında hind ənənələrinə uyğun toy ritualları sərgiləyib.
Cənazəyə qatılan bir adam tərəfindən çəkilən video sosial mediada paylaşılıb və videoya çox sayda şərhlər gəlib.