Qadağalara məhəl qoymur, sükan arxasında siqaret çəkir, sərnişinləri zəhərləyir. Sürücülərin sükan arxasında siqaret çəkməsi qadağan ediləndən bəri, belə hallar qismən azalsa da buna məhəl qoymayanlar hələ də var.
Metbuat.az xəbər verir ki, ARB TV məlilə bağlı maraqlı süjet hazırlayıblar.
Avtobus idarə edərkən siqaret çəkməyin qadağan olunduğunu bilirsiniz?
Sürücü: “Bəli, bilirəm”.
Bəs, niyə çəkirsiniz?
Sürücü: “Nə bilim, oldu da”.
Sürücü: “Qadağan olduğunu bilirəm. Nə edək? 18 saat işləyirik, 2 dəqiqə siqaret çəkməyək? Aşağı düşüb çəkə bilmərəm. Oğrular var, pulu apararlar”.
Sərnişindaşıma ilə məşğul olan şəxslərin 17-18 saat sükan arxasında olması da ayrı bir mövzudur. Özü də kifayət qədər ciddi. Lakin, bu sürücülərə sükan arxasında siqaret çəkməyə əsas vermir.
Sürücü: “Sükan arxasında siqaret çəkənlərə pis baxıram. İnsanları zəhərləyirlər ”.
Sakin: “Sərnişinlər üçün pisdir. İçəridə qoxu olur”.
39 saylı avtobusun dispetçeri: “Bizim sürücülər sükan arxasında siqaret çəkmir. Çəkənlər varsa, müdiriyyətə deyiləcək və tədbir görüləcək. Həmin şəxs işdən azad ediləcək ”.
Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, ictimai yerlərdə tütün məmulatlarının istifadəni qadağan edən qanun qəbul ediləndən sonra daşıyıcılarla görüş keçirilib və onlara qanunu tələbləri barədə məlumat verilib. Tələblərin yerinə yetiriliməsinə nəzarət mexanizmi isə hələ olmadığı üçün BNA bu istiqamətdə konkret addımlar ata bilmir. Agentlik qadağalara məhəl qoymayan sürücülərlə bağlı yalnız daşıyıcılardan tədbirlər görülməsini tələb edir.
Yəni qanun da var, cəriməsi də, çatışmayan tək şey mədəniyyətdir.
“18 saat işləyirik, 2 dəqiqə siqaret çəkməyək?” – Sükan arxasında tüstülədən sürücü -
Həmçinin oxu
TDT ölkələri qarşılıqlı ticarəti 100 milyard dollara çatdırmağı hədəfləyir
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
"Slovakiya Azərbaycanı Cənubi Qafqazda sabitliyin qarantı kimi görür" - Elçin Qasımov
Bu gün
·
19:17
Bu yollarda tıxac var - SİYAHI
Bu gün
·
18:07
Azərbaycanda sement klinkeri istehsalı artıb
Bu gün
·
17:13
"Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
Bu gün
·
16:41
Bakıda kişi sükan arxasında öldü
Bu gün
·
16:31
Azərbaycanda zəlzələ oldu
Bu gün
·
16:03
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı
Bu gün
·
15:55
27 il Mərkəzi Banka rəhbərlik etdi: indi haradadır?
Bu gün
·
15:44
Oktyabrın havası açıqlandı - Aylıq proqnoz
Bu gün
·
15:43
Azərbaycana xalça idxalı azalıb
Bu gün
·
15:29
68 yaşı var, hər gün 30 kilometr piyada gəzir
Bu gün
·
15:17
Bakıda kişi sirkə turşusundan zəhərlənərək öldü
Bu gün
·
15:09
Bakıda evlər bahalaşır: qiymətlər nə vaxta qədər artacaq?
Bu gün
·
14:59
Virusa yoluxmamaq üçün milli komandadan imtina etdi
Bu gün
·
14:46
Azər Mursaqulov idarə rəisini işdən çıxardı
Bu gün
·
14:43