Türkiyənin Adana şəhərində 8 aylıq körpəni küçədə tərk edərək qaçıblar.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, körpə vətəndaşlar tərəfindən ədyala bükülmüş şəkildə tapılıb. Hadisə yerinə gələn polis sağlamlıq işçilərinə xəbər verib. Körpə xəstəxanaya aparılaraq həkim nəzarətindən keçib və heç bir sağlamlıq problemi olmadığı deyilən körpə uşaq evinə təhvil verilib.

Məhəllə sakinlərindən biri körpəni motosikletli iki şəxsin buraxdığını bildirib. Polis körpəni buraxan şəxslərin tapılması üçün araşdırma başladıb.

8 aylıq körpəni küçəyə buraxdılar və

https://metbuat.az/news/1072055/kartof-suyunun-ina...