Amerikanın Missisipi əyalətində moizə deyən bir rahib İsa peyğəmbərin dünyaya gəliş hekayəsini daha təsirli şəkildə danışmaq üçün moizə kürsüsünə "uçaraq" gəlib.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, rahib səhnəyə enərkən “qardaşlarım, siz İsanın geri dönməsinə hazırsızmı?” sözlərini deyib. Rahibin uçaraq gəldiyi görüntülər isə qısa müddətdə sosial mediada yayılıb.