Ukrayna prezidenti Petro Poroşenko Kiyev və Moskva arasında yaşanan gərginliyin irimiqyaslı müharibəyə yol aça biləcəyi barədə xəbərdarlıq edib.
Metbuat.az-ın məlumatına görə, dövlət televiyasına açıqlamasında o bəyan edib ki, Rusiya ilhaq etdiyi ərazilərdə və Ukrayna ilə sərhəd bölgələrdə hərbi fəaliyyətini ciddi şəkildə genişləndirib. “Bunun zarafat olduğunu düşünməyin. Ukrayna Rusiya tərəfindən irimiqyaslı müharibə təhdidiylə üz-üzədir” - deyə dövlət başçısı bildirib.
Poroşenkonun sözlərinə görə, Azov dənizindəki insident bölgədəki vəziyyətin təhlükəli həddə çatdığını sübut edir.
Sübhan / METBUAT.az