Rusiya ilhaq olunmuş Krım yarımdasında hərbi fəaliyyətini genişləndirir.
İnterfaks agentliyi Kremldəki mənbələrə istinadən xəbər verir ki, Moskva Krımda müasir radar stansiyası inşa edəcək. Məlumata görə, tikinti işlərinə gələn il start veriləcək. Radar stansiyasının Sevastopol limanına yaxın ərazidə inşa edilməsi nəzərdə tutulub.
Bundan əlavə, Moskva Krımayeni “S-400” zenit raket komleksləri göndərməyi planlaşdırır. Bildirilir ki, Moskvanın hərbi addımları Rusiya ilə Ukrayna arasında Azov dənizində baş vermiş insdentlə əlaqədardır.
Sübhan / METBUAT.az