ABŞ-ın Dövlət katibi Mayk Pompeo və Müdafiə naziri Ceyms Mettis jurnalist Camal Kaşıkçının qətliylə bağlı senatorları məlumatlandırıb.

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, onlar bildiriblər ki, Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd Bin Salmanın cinayətdəki rolu barədə dəlil tapılmayıb. Cinayətə dair təqdim edilən hesabatlarda da vəliəhdin günahkar olduğana dair ittihamlara rast gəlinməyib. Lakin açıqlamalar senatorları razı salmayıb.

Sentatın xarici əlaqələr komitəsinin rəhbəri respublikaçı Bob Korkerin sözlərinə görə, senatorlar jurnalistin öldürülməsi təlimatının vəliəhd tərəfindən verildiyinə inanır.

Qeyd edək ki, dinləmələrdə “Kaşıkçı işi”ylə yanaşı, Vaşinqton-Ər-Riyad münasibətləri və Yəməndəki humanitar vəziyyət də müzakirə olunub. Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Cina Haspel naməlum səbəblərdən dinləmələrə qatılmayıb.

Sübhan / METBUAT.az