Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda PSV ilə keçirilən oyun Lionel Messi üçün əlamətdar olub.
Milli.Az xəbər verir ki, Kataloniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatan matçda ilk qolun müəllifi olan argentinalı hücumçu yeni rekord müəyyənləşdirib. Messi "Barselona"nın heyətində Çempionlar Liqasında 106-cı qolu vurmaqla turnirdə bir klubun forması ilə ən çox fərqlənən futbolçu olub. O, "Real"da 105 qol vuran Kriştianu Ronaldunun rekordunu əlindən alıb.
"Barselona" Messinin bu rekordu ilə bağlı maraqlı addım atıb. Kataloniyalıların rəsmi "Twitter" səhifəsi bu hadisənin şərəfinə "Queen" qrupunun əfsanəvi solisti Freddi Merkurinin ifası ilə musiqili mesaj göndərib.
Elçin
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: