“Azərbaycanla Gürcüstanı birgə geosiyasi maraqlar birləşdirir”

“Gürcüstandakı prezident seçkilərinin nəticəsi Azərbaycan-Gürcüstan münasibətlərinə o qədər də təsir etməyəcək”.

Bunu Gürcüstanda keçirilmiş prezident seçkilərində “Gürcü Arzusu” Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabişvilinin qalib gəlməsini Metbuat.az-a şərh edən Dövlət İdarəçilik Akademiyasının politoloqu Zaur Məmmədov deyib.

Politoloqun sözlərinə görə, iki tərəfi birgə geosiyasi maraqlar, eyni zamanda qlobal, Asiyadan Avropaya, Xəzər hövzəsindən Avropaya istiqamətlənmiş, enerji və nəqliyyat layihələri birləşdirir: “Azərbaycan heç vaxt Gürcüstanın daxili işlərinə qarışmayıb. Bizim üçün Gürcüstandakı sabitlik çox önəmlidir”.

Politoloq bildirib ki, Gürcüstanda azərbaycanlılar sayca çox olmalarına baxmayaraq, heç zaman ermənilər kimi separatçı çıxışlar etməyib: “Onlar Gürcüstanda tam olaraq ölkənin qanunlarına riayət edən vətəndaşlardılar. Yaxşı olardı ki, gələcəkdə Tiflis Marneuli bölgəsində yaşayan azərbaycanlılara diqqəti daha da artırsın”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR