Cənubi Koreyada vertolyot qəzaya uğrayıb. Nəticədə 1 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.

Metbuat.az Trendə istinadən məlumat verir ki, qəzaya uğrayan Кa-32 vertolyotunun meşə yanğınlarının söndürülməsi üçün istifadə olunduğu bildirilir. 1997-ci il Rusiya istehsalı olan vertolyotun göyərtəsində ümumilikdə 3 nəfərin olduğu bildirilir.

Məlumata görə, vertolyot yanğını söndürmək üçün su götürməyə enərkən çaya düşüb.

Qəzanın baş vermə səbəbləri məlum deyil, araşdırma başlayıb.