Parisdə “Sarı jilet”lər etiraz aksiyasının üçüncü mərhələsi başlayıb.
Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, dizel yanacağının qiymətinin artımına etiraz edən aksiyaçıların ümumi vergilərin azaldılması, alıcılıq qabiliyyətinin, eləcə də minimum əməkhaqqının artırılması, referendumun keçirilməsi və digər tələbləri var. Bu gün səhər saatlarından Parisin mərkəzi “Yelisey çölləri” küçəsinə 5 mindən çox polis nəfəri cəlb olunub. Etirazçılara qarşı gözyaşardıcı qazdan, su şırnağından və digər vasitələrdən istifadə edilir.
Ölkənin əyalətlərində “Sarı jilet”lər aksiyasının üzvləri yolları bağlayıblar.