Böyük Britaniyanın baş naziri Tereza Mey Argentinada keçirilən G20 sammiti çərçivəsində Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd Bin Salmanla bir araya gəlib.

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, görüş zamanı iki ölkə arasındakı münasibətlərlə yanaşı jurnalist Camal Kaşıkçı cinayəti, Yəməndə koalisiya qüvvələrinin törətdiyi iddia edilən hərbi cinayətlər və digər məsələlər barədə müzakirələr aparılıb.

Toplantıdan əvvəl Tereza Mey bildirib ki, Camal Kaşıkçı cinayətini törədənlər ədalət qarısında cavab verməlidir. Mey Ər-Riyada qarşı ciddi sanksiyaların tətbiq edilə biləcəyinə işarə edib: ”Avropalı müttəfiqlərimizlə insan haqlarının vəhşi şəkildə pozulduğu hallarda qlobal sanksiyların tətbiq edilməsinin mümkünlüyünü araşdırırıq”.

Sübhan / METBUAT.az