İtaliya polisi ölkənin cənubunda mafiya üzvlərinə qarşı irimiqyaslı əməliyyat təşkil edib.

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, Apuliya bölgəsində aparılan axtarışlar zamanı 30-dan çox şübhəli nəzarətə götürülüb.Onların arasında Foggia futbol klubunun keçmiş üzvləri də var. Məlumata görə, əməliyyatlar ötən il mafiyaya qarşı başladılan istintaq çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, İtaliya polisi aralarında ermənilərin də olduğu mafiya üzvlərinin fəaliyyəti barədə irimiqyaslı araşdırmalar aparır. Şübhəlilər çirkli pulların yuyulması, güc yoluyla pul əldə etmək, narkotik ticarəti və digər cinayətlərdə ittiham edilir.

Sübhan / METBUAT.az