Avropa İttifaqı Ukrayna böhranı ilə bağlı Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətini uzadacaq.

Metbuat.az-ın məlumatına görə, bu barədə açıqlama verən Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk bildirib ki, qadağaların uzadılması barədə qərar bu ayın sonuna qədər qəbul ediləcək.Onun sözlərinə görə, Moskva Minsk sazişinin şərtlərini yerinə yetirməsə, qadağalar aradan qaldırılmayacaq.

Azov dənizində Rusiya və Ukrayna arasında baş verən insidentdən dərin narahatlıq keçirdiyini deyən Tusk, Kiyevə dəstəyini ifadə edib.

Sübhan / METBUAT.az