Rusiya Krımda ən son model zenit-raket kompleksləri olan S-400 "Triumf"ların divizionunu yerləşdirib.

Metbuat.az Azərtaca istinadən xəbər verir ki, 4-cü divizionun döyüş növbəsinə başlaması barədə əmri Rusiyanın 4-cü Hərbi-Hava və Hava Hücumundan Müdafiə Ordusunun komandanı general-leytenant Viktor Sevostyanov verib.

"Triumf" divizionu rus keşişlərin xeyri-duasından sonra işə düşüb.