Vüsal Məmmədov “Maarifçilik məktəbi”-nin qonağı oldu

Gənclər üçün Təhsil Mərkəzi gənclər arasında maarifçilik ideyalarını ,ənənələrini təbliğ etmək və gənclərin aydın təfəkkürdə formalaşdırılmasına hesablanmış “Maarifçilik məktəbi”-nin 3-cü təliminə yekun vurdu.

Metbuat.az xəbər verir ki, layihənin qonağı azvision.az xəbər portalının baş redaktoruVüsal Məmmədov görüş zamanı tədbir iştirakçılarına siyasi və sosial maarifçilik ənənələri haqqında geniş məruzə etdi.Daha sonra qonaq milli maarifçilik hərakatının yüksəliş dövrü , onun təşəkkül tapması ,həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövrü müasirlərinin maarifçilik ideyaları haqqındamüzakirə aparmışdır.

Tədbir zamanı gənclərin iştirakı ilə intellektual maarifçilik , Maks Veberin maarifçilik nəzəriyyəsi, şəxsiyyət azadlığı, humanizm, sosial ədalət idealları mövzusunda debat təşkil olunmuşdur.

Qeyd edək ki , “Maarifçilik məktəbi” proqramı bitdikdən sonra Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Gənclərinin Maarifçilik Forumu keçiriləcəkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR