Mbappe transferini rəsmən açıqladı - VİDEO

Fransanın PSJ kollektivinin üzvü Kilian Mbappe klubdan gedəcəyini rəsmən açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, bu barədə futbolçu özü "X" səhifəsində video paylaşım edib.

"Ölkəmdən ayrılacağımı açıqlamağım mənim üçün çox çətindir. Ancaq 7 ildən sonra karyeramda yeni səhifə açmağa ehtiyacımın olduğunu hiss edirəm", - deyə ulduz futbolçu bildirib.

Qeyd edək ki, 25 yaşlı oyunçunun müqavilə müddəti 2024-cü ilin yayında başa çatacaq. Hücumçunun İspaniyanın "Real" (Madrid) komandasına keçəcəyi istisna olunmur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR