2006-2010-cu illər arasında yayımlanan və Reşat Nuri Güntekinin eyniadlı romanı əsasında çəkilmiş "Yaprak Dökümü" serialının məşhur aktyorları illər sonra yenidən bir araya gəliblər.
Metbuat.az xəbər verir ki, serialda Fikret obrazını canlandıran Bennu Yıldırımlar, Ali Rza bəy rolunun ifaçısı Halil Ergün və Cevriyə xanım obrazını canlandıran Gülər Ökten ilə görüşüb.
Uzun müddətdən sonra baş tutan görüşün fotosunu Bennu Yıldırımlar sosial media hesabında izləyiciləri ilə paylaşıb.
Qeyd edək ki, serialda Bennu Yıldırımla yanaşı Halil Ergün, Güvən Hokna, Dəniz Çakır, Tolqa Karel, Caner Kurtaran, Həsən Küçükçətin, Gökçə Bahadır, Fahriyə Evcen, Bedia Ener və Seda Dəmir kimi məşhur simalar yer almışdı.