Osimhen xəyalı gerçəkləşmədi - Geri addım atıldı

“Qalatasaray”da icarə əsasında çıxış edən Viktor Osimhenin yeni mövsümdə hansı komandaya transfer olacağı maraq doğurur.

Metbuat.az xəbər verir ki, nigeriyalı ulduzun "Yuventus"da və ya Premyer Liqada oynamaq istədiyi iddia edilirdi. "Yuventus"un Osimeni transferindən imtina etdiyi bildirilib. “Tuttosport”da yer alan xəbərə görə, İtalyan nəhəngi üçün transferə ən böyük maneə Osimhenin illik 10 milyon avro maaş tələb etməsidir. Bildirilib ki, “Yuventus” artıq futbolçularına belə yüksək maaş vermək istəmir. 12 milyon avro qazanan Vlahoviçlə müqavilənin yenilənməsi danışıqları da dayandırılıb.

Xəbərdə deyilir ki, "Napoli" Osimhenin transferi üçün "Mançester Yunayted"lə danışıqları davam etdirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı