İngiltərə nəhəngi Osimhenə "elçi düşdü"

"Mançester Yunayted" klubu "Qalatasaray"da icarədə olan Viktor Osimhen ilə maraqlanır.

Metbuat.az xəbər verir ki, İngiltərə klubu hazırda Osimhenin transferi üçün israrlıdır. Amma hazırda Osimhenin müqaviləsində yer alan 75 milyon avroluq sərbəstqalma məbləğini ödəmək üçün büdcəyə malik deyil. "Mançester Yunayted" bu səbəbdən alternativ variantlar üzərində düşünür. Osimhen üçün təkliflər arasında oyunçu mübadiləsinin də yer aldığı qeyd olunur. İddialara görə, "Napoli" mübadilə təklifinə isti baxır və "Mançester Yunayted"dən Rasmus Hoylund, Joshua Zirkzee və ya Markus Reşford kimi oyunçularla maraqlanır.

Qeyd edək ki, "Napoli"inin 25 yaşlı futbolçusu mövsümü icarədə olduğu "Qalatasaray"da başa vurmaq istədiyini bildirmişdi. Osimhen cari mövsümdə "Qalatasaray"da 15 oyuna çıxıb, 12 qol vurub və 5 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı