Tramp Avropa ölkəsindən torpaq tələb edir

Danimarka ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın “Qrenlandiya ABŞ-nin nəzarətində olmalıdır” açıqlamalarına münasibət bildirib.

Metbuat.az xəbər verir ki, Danimarka Baş Nazirinin ofisinin açıqlamasında adanın satılmadığı ifadə edilib. Açıqlamada deyilir ki, Qrenlandiya satışa yox, əməkdaşlığa açıqdır. Açıqlamada, “Hazırda təhlükəsizlik və siyasi baxımdan mürəkkəb vəziyyətlərdə transatlantik əməkdaşlıq çox vacibdir” - deyə bildirilib. Kopenhagen rəhbərliyinin Trampın Qrenlandiyanı almaq istəyinə qarşı olduğu diqqətə çatdırılıb.

Qeyd edək ki, Donald Tramp sosial media hesabındakı paylaşımında Qrenlandiyanın ABŞ-nin nəzarətində olması ilə bağlı fikrini təkrarlayıb. Arktika bölgəsindəki iqtisadi təsirini artırmaq və Qrenlandiyanın zəngin qaynaqlarından faydalanmaq istəyən Tramp, ilk prezidentlik dövründə də adanı Danimarkadan almaq istədiyini bəyan edib. Danimarkanın baş naziri Mette Frederiksen Trampın 2019-cu ildəki ilk təklifini rədd edərək bunu absurd adlandırıb. Qrenlandiyanın yerləşdiyi Arktika bölgəsi Rusiya, Çin və ABŞ-nin nüfuz uğrunda yarışdığı bölgədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı