"Azərbaycanın turizm sənayesində bir sıra assosiasiyalar fəaliyyət göstərir və yeni assosiasiyalar yaradılır. Azərbaycan Hotellər Assosiasiyasının birinci Baş Assambleyasının əsas əhəmiyyəti odur ki, ilk dəfə Azərbaycan hotelçiləri ictimai qurumlarını yaradırlar".
Metbuat.az-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin ictimai əlaqələr və mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib:
"Biz Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu olaraq bu ictimai quruma, assosiasiyaya böyük dəstək göstəririk. Çünki biri var hər hansı pərakəndə fəaliyyət göstərilsin. Assosiasiya çərçivəsində isə bu sistemləşəcək, özləri nəzarət edəcəklər. Bundan əlavə beynəlxalq əlaqələrini quracaqalar sistem şəklində. Həmçinin də dövlət qurumları qarşısında otel fəaliyyətləri ilə bağlı təkliflərini də irəli sürə biləcəklər. Bu Assosiasiyasının əsas görəcəyi işləri əlbəttə ki, otellərdəki xidmət səviyyəsinin artırılmasıdır. Yəni təlimat işlərinin həyata keçirilməsi, ictimai nəzarət mexanizmlərinin, ulduzlaşma sisteminin tətbiqi və beynəlxalq standartlara cavab verən təşkilatlara üzv olaraq beynəlxalq standartların gətirilməsidir".
Günay Elşadqızı / Metbuat.az
Foto: Müzəffər İsmayılov