“Azərbaycanda keçirilən Avroviziya, ilk Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları kimi bir çox beynəlxalq yarışlarda 17 min gənci könüllü kimi toplaya bilmişik”.

Metbuat.az-ın məlumatına görə, bunu Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib. Nazir müavini bildirib ki, İslam Həmrəylini Oyunları vaxtı ayrıca könüllüyə dəstək proqramı həyata keçirildi ki, bunun nəticəsində də 8 mindən artıq gənci könüllülüyə cəlb etdik:

“Azərbaycanda ASAN Könüllü xidməti də çox geniş vüsət alıb. Biz ötən il BMT-nin Könüllülük proqramı ilə niyyət protokolu imzalamışıq ki, artıq Azərbaycan könüllülərini tədricən beynəxalq könüllülər proqramlarına da cəlb edək ki, Azərbaycan gəncləri müxtəlif beynəlxalq layihələrdə iştirak etsinlər. Könüllülük məsələsinə dövlət səviyyəsində də böyük önəm verilir”.

Günay Elşadqızı / METBUAT.AZ

Foto: Müzəffər İsmayılov