Türkiyə Bakıda keçiriləcək I Avropa Oyunlarında ən yüksək səviyyədə iştirak edəcək. Bu barədə Trend-ə Türkiyənin Milli Olimpiya Komitəsindən bildiriblər.

Komitənin məlumatına əsasən, I Avropa Oyunlarına Türkiyədən ümumilikdə 184 idmançı qatılacaq.

“Türkiyə ümid edir ki, ölkəni I Avropa Oyunlarında təmsil edən idmançılar yüksək nailiyyətlər əldə edəcəklər ki, bu da onların 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanmasına şərait yaradacaq”, - deyə komitədən bildirilib.

Milli.Az