“Maşın” realiti-şousunda bu məşhurlar

“Maşın” realiti-şousunun başlamasına sayılı günlər qalıb.

Metbuat.az Axşam.az-a istinadən bildirir ki, xalq artisti Murad Dadaşovun sahibi olduğu “M group production” hər zaman olduğu kimi yenə də iştirakçıların adını sirr saxlamağa çalışıb. Amma bir neçə gündür mediada yarışmaya qatılacaq tanınmışlardan bəzilərinin adları yayılıb.

Əldə etdiyimiz məlumata görə, “Maşın”ın 17-ci buraxılışında şairə Nazilə Səfərli də yer alacaq. Digər adının bəlli olduğu məşhur isə müğənni Mina Hüseyndir. O da avtomobil ətrafında dayanan 18 iştirakçıdan biri olacaq. 17-ci buraxılışda tamaşaçılar aparıcı Firuzə Cəlilovanı da (Fira) görə biləcəklər.

Bu, Mina və Nazilənin şouda ilk iştirakı olacaq. Fira isə artıq ikinci dəfə yarışmaya qatılacaq.

Qeyd edək ki, bundan əvvəl şouda iştirak edəcək iştirakçılardan əməkdar artist Rühəngiz Allahverdiyeva, aktyor Taleh Yüzbəyov, meyxanaçı Ələkbər Yasamallının adı mediada açıqlanmışdı.

Şou dekabrın 13-dən etibarən ATV kanalında yayımlanacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR