​ABŞ Qara dənizə

ABŞ Qara dənizə hərbi gəmi göndərməyə hazırlaşır.

Metbuat.az-ın məlumatına görə, CNN televiziyası Pentaqondakı mənbələrə istinadən məlumat verir ki, Vaşinqtonun bu addımı Kerç boğazında Rusiya ilə Ukrayna arasında baş verən insidentlə bağlıdır. Bildirilir ki, hərbi gəmi Qara dənizə daxil olmaq üçün Türkiyənin Bosfor və Dardanel boğazlarından keçəcək.

Dövlət Departamenti bu barədə Ankaranı xəbərdar edib. Xatırladaq ki, 2 həftə əvvəl Rusiya hərbi dəniz qüvvələri ölkə sərhədlərini pozduğunu irəli sürərək, Ukrayna gəmilərinə müdaxilə edib. Gəmidə olan 24 ukraynalı əsgər həbs edilib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR