“Real” Hazardla anlaşdı -

“Real” “Çelsi”nin yarımmüdafiəçisi Eden Hazardı transfer etməyə yaxındır.

Metbuat.az-ın Qol.az-a istinadən məlumatına görə, “kral klubu” belçikalı futbolçu ilə anlaşıb.

Ancaq Madrid təmsilçisi londonluların tələb etdiyi 170 milyon avronu vermək niyyətində deyil. İspanlar Hazarda görə qarşı tərəfə 100 milyon avro, eyni zamanda Mateo Kovaçiç və Marko Assensiodan birini təklif etməyə hazırlaşır. "Çelsi"nin buna nə cavab verəcəyi isə hələ bilinmir.

Qeyd edək ki, Eden Hazard 2012-ci ildən “Çelsi”də çıxış edir. O, "zadəganlar"ın heyətində 222 oyun keçirib və 76 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR