2019-cu il kimlər üçün düşərli olacaq? -

2019-cu il Sarı Torpaq Donuz ili üzərində təhvil olunur. O, hər kəsə qarşı xeyirxah davranacaq, lakin şərq ulduz falına əsasən bəxt bəzilərinin üzünə daha çox güləcək.

Metbuat.az publika.az-a istinadən xəbər verir ki, ilin sahibinin rəğbətini qazanmaq asan olacaq. Unutmaq olmaz ki, Donuz da başa çatmaqda olan ilin rəmzi kimi (İt ili. red) dürüst, özünə inamlı və təmənnasız yardım edə bilən insanları sevir. Ekspertlər Sarı Torpaq Donuz ilinin dəstəyini qazanmaq üçün Yeni İli qaydalar üzrə qarşılaşmağı tövsiyə edir.

Donuz (Qaban)

Bu ilin nümayəndələri gələn il özlərini daha rahat hiss edəcək. Ciddi məsələləri asanlıqla həll edə biləcəklər. Uğurlu sövdələşmələr apara və səhv etməkdən qorxmadan qarşıya qoyulan məqsədə doğru addımlaya biləcəklər.

İlin hamisi istənilən çətinliklərə sinə gərməyə kömək edəcək, lakin bunun üçün vacibdir ki, vicdanla hərəkət edəsiniz və başqalarını aldatmayasınız. Əks halda bəxt sizdən üz döndərəcək.

Siçan

Siçan ilinin nümayəndələri karyera mövzularında diqqətli olmalıdır. Donuz səhv oyuna dözməyəcək, odur ki, düşünülməmiş addımlar atmayın. Hətta müdaxilə tələb olunmasa da, işləri taleyin şansına buraxmaq olmaz. Qısqanclıq və paxıllıq planlarınıza zərər verə bilər.

Öküz

Bu nişanın aktiv həyat tərzi sürən nümayəndələrini böyük uğurlar gözləyir. Aktiv və hər şeylə maraqlanan Donuz da tənbəlləri sevmir. Odur ki, yerində oturmağa dəyməz. Özünüinkişaf və yeni biliklərin öyrənilməsi uğur qazanmağa kömək edəcək, immuniteti möhkəmləndirmək isə xəstəliklərin qarşısını alacaq.

Pələng

Məsuliyyətli "Pələnglər"i Donuz ili bir çox əlamətdar hadisələrlə sevindirəcək. Nə qədər çox çalışsanız, işləriniz bir o qədər qaydasında gedəcək. Bu ilin nümayəndələrinin üzünə bütün qapılar açıq olacaq, ancaq birini seçmək məcburiyyətində qalacaqlar. Seçilən istiqamətdə inkişaf uğurlar qazanacaq.

Dovşan ili

Gələn il dovşanlar Donuzların yerinə keçməyə çalışacaq. Yeni ildə insanlara etibar etməyi öyrənin və yeni tanışlıqlar qurmaqdan qorxmayın. Özünəinamsızlıq və qorxularla mübarizə çətinliklərin öhdəsindən gəlməyə və qarşıya qoyulan məqsədə nail olmağa kömək edəcək.

Əjdaha

Əjdaha ilindən olanlar kiçik məsələlərə boşa enerji xərcləməyi dayandırıb, həqiqətən də ciddi işlə məşğul olmağa başlasalar, şans onların üzünə güləcək. Onlar çox çalışmalı olacaq, axı od ünsürü onlardan hərəkət və fəaliyyət tələb edir, amma tələskənlikdən imtina edin.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR