Amerikanın Nyu Jersey şəhərində birinci sinif şagirdlərinə Şaxta babanın həqiqi olmadığını deyən müəllim vəzifəsindən uzaqlaşdırılıb.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, bir orta məktəbdə müəllim işlən Mişel Raj Şaxta baba ilə yanaşı xristianların ən əhəmiyyətli bayramı Miladın simvolları olan elflər, uçan şimal maralı və diş pərisinin həqiqi olmadığını deyib.

Məktəbin müdiri Rene Rovtar müəllimi uşaqların xəyal dünyasını yıxmaqla günahlandıran valideynlərə üzr məktubu göndərib.

Müəllimin vəzifədən uzaqlaşdırıldığını bildirən Ravtar Tvitterdə “Mən inanıram” sözlərini yazıb.

http://metbuat-az.com/news/1079136/qurbanlarindan-...