UEFA indiyədək ilin komandasına ən çox seçilən futbolçulardan ibarət simvolik heyət müəyyənləşdirib.
Milli.Az Report-a istinadən xəbər verir ki, siyahıya 18 il ərzində rəmzi komandaya ən çox düşən oyunçular daxil edilib.
Portuqaliya yığmasının və İtaliya "Yuventusu"nun ulduz futbolçusu Kriştianu Ronaldu hamıdan çox - 12 dəfə ilin "11-liy"inə seçilib.
İspaniyanın "Barselona" klubunun argentinalı hücumçusu Lionel Messi isə 9 dəfə ilin simvolik komandasında yer alıb.
Qapıçı:
İker Kasilyas - 6 (2007, 2008, 2009, 2010, 2011, 2012)
Müdafiəçilər:
Karles Puyol - 6 (2002, 2005, 2006, 2008, 2009, 2010)
Filipp Lam - 5 (2006, 2008, 2012, 2013, 2014)
Serxio Ramos - 7 (2008, 2012, 2013, 2014, 2015, 2016, 2017)
Jerar Pike - 5 (2010, 2011, 2012, 2015, 2016)
Yarımmüdafiəçilər:
Xavi Ernandes - 5 (2008, 2009, 2010, 2011, 2012)
Andres İnyesta - 6 (2009, 2010, 2011, 2012, 2015, 2016)
Stiven Cerrard - 3 (2005, 2006, 2007)
Hücumçular:
Kriştianu Ronaldu - 12 (2004, 2007, 2008, 2009, 2010, 2011, 2012, 2013, 2014, 2015, 2016, 2017)
Lionel Messi - 9 (2008, 2009, 2010, 2011, 2012, 2014, 2015, 2016, 2017)
Tyerri Anri - 5 (2001, 2002, 2003, 2004, 2006)
Qeyd edək ki, UEFA 2001-ci ildən etibarən ilin komandasını müəyyənləşdirmək üçün azarkeşlər arasında sorğu keçirir.
Milli.Az