Rusiyanın Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyası

Rusiyanın Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyası
18:54 13 Yanvar 2015
139 Dünya
Ölkə mətbuatı
A- A+

 

 

Rusiyanın Ermənistandakı səfirliyinin binası qarşısında Gümrüdə baş verən kütləvi qətllə bağlı etiraz aksiyası keçirilib.


 

APA-nın “arminfo.info” saytına istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasını, Rusiya prezidenti Vladimir Putindən Rusiya Silahlı Qüvvələrinin ali baş komandanı kimi rəsmi şəkildə erməni xalqından üzr istəməsini tələb ediblər. Onlar hadisəni Ermənistan hüquq-mühafizə orqanlarının araşdırmalı olduğunu, əks halda cinayətin obyektiv və hərtərəfli araşdırılmayacağından ehtiyat etdiklərini bildiriblər.

 

Məlum olduğu kimi, yanvarın 12-də Gümrü şəhərində Avetisyanlar ailəsi güllələnib. Ölənlər arasında 2 yaşlı körpənin olduğu da bildirilir. Daha bir uşaq hazırda reanimasiyadadır. Cinayətdə Gümrüdə yerləşən Rusiyaya məxsus 102-ci hərbi bazanın əsgəri Valeri Permyakov şübhəli bilinir.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190251

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR