Ağdam sakini qanunsuz ov etdiyi

Ağdam sakini qanunsuz ov etdiyi üçün saxlanılıb.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, dekabrın 7-də Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndi ərazisində Ağdam rayon sakini Xasay Həsənov qanunsuz ov etdiyi üçün Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Ondan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi və 7 ədəd çöl quşu götürülüb.

X.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (ov qaydalarının kobud şəkildə pozulmasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR