Gümrüdə bir ailənin 6 üzvünü güllələyən rus hərbçisi Ermənistan tərəfinə verilməyəcək

19:07 13 Yanvar 2015
117 Dünya
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 19:03 ]


Bakı. Məlahət Nəcəfova-APA. Gümrüdə baş verən kütləvi qətlin törədilməsində şübhəli bilinən Valeri Permyakov Ermənistana verilməyəcək.

 

APA-nın məlumatına görə, bu barədə Ermənistan Baş Prokurorluğunun verdiyi açıqlamada deyilir.

 

Ermənistan və Rusiya baş prokurorluqlarının nümayəndələri Gümrüdə baş verən qətl ilə bağlı işin detallarını müzakirə ediblər. Görüşdə hər iki tərəf bəyan edib ki, bu hadisədə təqsirli olan bütün şəxslər qanunla sərt şəkildə cəzalandırılmalıdırlar.

 

Ermənistan Baş Prokurorluğunun məlumatında o da qeyd edilir ki, cinayətin törədilməsində təqsirli bilinən V. Permyakov Rusiya vətəndaşıdır və o, Rusiya hüquq-mühafizə orqanlarının nəzarəti altındadır.

 

“Rusiya Konstitusiyasında göstərildiyi kimi Rusiya vətəndaşı başqa ölkəyə təhvil verilə bilməz. Buna görə də Permyakovun Ermənistan hüquq-mühafizə orqanlarına verilməsi müzakirə edilmir. Belə bir maddə Ermənistan Konstitusiyasında da mövcuddur və indiyə kimi heç bir Ermənistan vətəndaşı başqa ölkəyə təhvil verilməyib”, - deyə məlumatda vurğulanıb.

 

Xatırladaq ki, yanvarın 12-də Gümrü şəhərində Avetisyanlar ailəsi güllələnib. Ölənlər arasında 2 yaşlı körpənin olduğu bildirilir. Daha bir uşaq hazırda reanimasiyadadır. Cinayəti törətməkdə Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasının əsgəri Valeri Permyakov şübhəli bilinir. O, Ermənistan-Türkiyə sərhədini keçmək istəyərkən Rusiya sərhədçiləri tərəfindən saxlanılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368960

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR