Heydər Əliyev Mərkəzini çəkən fotoqrafların möhtəşəm görüntüləri (FOTO)

Heydər Əliyev Mərkəzini çəkən fotoqrafların möhtəşəm görüntüləri (FOTO)
19:11 13 Yanvar 2015
184 Digər
Ölkə mətbuatı
A- A+

Bu həftə Londonda "Arcaid İmages" təşkilatının keçirdiyi fotomüsabiqənin iştirakçılarının şəkillərindən ibarət sərgi açılacaq.

ANS PRESS-in buro247.az-a istinadən verdiyi məlumata görə, hər il Sinqapurda keçirilən Ümumdünya memarlıq festivalı çərçivəsində "Arcaid Images" təşkilatı interyer dizaynı və binaların eksteryerlərini çəkən ən yaxşı fotoqrafları seçir. Müsabiqədə 4 nominasiya (eksteryer, interyer, binaların istismarı və məkanın rolu) üzrə 20 fotoqrafın işini tanınmış memarlar Terri Farrel, Byorn Hammer, Kalvin Tsao və Zak MakKaundan ibarət münsiflər heyəti, eləcə də tamaşaçılar qiymətləndiriblər.

Münsiflərin yekdil qərarı və tamaşaçı səsverməsi nəticəsində 2014-cü ilin qalibi britaniyalı "Hufton+Crow" fotoqraf dueti olub. Onlar Bakıdakı Heydər Əliyev Mərkəzinin interyerini çəkiblər.

Qeyd edək ki, müsabiqədə iştirak edən bütün fotoqrafların işləri yanvarın 16-dan fevralın 28-dək "Sto Werkstatt London" qalereyasında sərgilənəcək. Buro 24/7 Azerbaijan həmin fotolardan bir neçəsini təqdim edir.

































RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR