Özbəkistanın Konstitusiya Günü ilə əlaqədar Səmərqənd şəhərindəki Kuksaroy meydanında ölkənin ən böyük bayrağı ucaldılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Bayraq dirəyinin hündürlüyü isə 60 metrdir.

Səmərqənd vilayət hakiminin müavini Rustam Kabilov jurnalistlərə deyib ki, 2019-cu ildə vilayətin ərazisində daha dörd belə bayraq ucaldılacaq.

Milli.Az