Rusiya prezidenti Vladimir Putin Ermənistanda parlament
seçkilərində qalib gələn Nikol Paşinyanı təbrik etməyib.
Publika.az xəbər verir ki, bu, Ermənistanda birmənalı
qarşılanmayıb.
“Lragir” saytı yazır ki, Putin ümumiyyətlə görüşlərə gecikmək
vərdişinə malikdir: “Danışırlar ki, bu, onun qarşısındakını
gözləməyə məcbur etməyə hesablanmış addımıdır. Görünür, indi Putin
Ermənistanda parlament seçkilərindən sonra təbrik göndərməyi
gecikdirməyə qərar verib. Artıq Vaşinqton, London, Brüssel, Tehran,
Tbilisi, hətta Kişinyovdan təbriklər gəldi, lakin Moskva
susur”.
Sayt qeyd edir ki, bu günlərdə Gümrüdə rus hərbiçisi erməni qadını
öldürüb.
“Lakin Rusiya hərbi bazasının rəhbərliyi həmin hərbiçini
Ermənistanə təhvil verməyib. Güman ki, İrəvan hərbiçinin təhvil
verilməsini tələb edir, Rusiya qarşı çıxır. Ola bilsin ki, bu
hadisə Putinin təbrikini gecikdirir. Ümumilikdə isə Rusiyadan
təbrikin gəlməməsi də o qədər təəccüblü olmazdı, Moskva bunu
bacarır”, - deyə sayt qeyd edib.
Asif