Tramp və Ərdoğan arasında telefon danışığı olub

ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, dövlət başçıları telefon danışığı zamanı tərəflər Suriyadakı son vəziyyəti müzakirə ediblər: "Ərdoğan və Tramp bu gün telefon danışığı zamanı ikitərəfli münasibətləri, terrorçuluğa qarşı mübarizəni, Suriyadakı son vəziyyəti müzakirə ediblər. Ərdoğan Trampa Türkiyədə PKK qruplaşmasının üzvlərinin olmasından narahatlığını dilə gətirib, tərəflər eyni zamanda Suriyada daha əlaqələndirilmənin təmin edilməsi barədə razılığa gəliblər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR