Prezidentin müşaviri: Türkiyə Suriyada əlindən gələni edəcək...

Prezidentin müşaviri: Türkiyə Suriyada əlindən gələni edəcək...
10:57 16 Dekabr 2018
47 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Suriyada hər hansı bir qarşıdurmanın yaranmaması üçün öz addımlarını Rusiya və ABŞ ilə əlaqələndirmək niyyətindədir.

Milli.Az Report-a istinadən xəbər verir ki, bunu Doha forumunun kuluarlarında Türkiyə prezidentinin müşaviri İbrahim Kalın deyib.

"Biz İŞİD əleyhinə koalisiyanın bir hissəsiyik və onunla mübarizəni dəstəkləyirik. Buna görə də, öz səylərimizi əlaqələndirmək istəyirik, hərbçilərimiz istənilən qarşıdurmadan dəqiq yayınmaq üçün amerikalılarla, ruslarla və koalisiyanın Suriyada olan digər üzvləri ilə sıx əlaqədə olacaq", - deyə o bildirib.

Kalın həmçinin münaqişələrin qarşısının alınması üzrə mexanizmin olduğunu və bu mexanizmin reallaşdırılacağını dilə gətirib.

O eyni zamanda bildirib ki, Türkiyə öz sərhədində terror təhlükəsinin aradan qaldırılması üçün əlindən gələni edəcək.

Daha əvvəl Avropa İttifaqı Türkiyəni Suriyada kürd silahlılarına qarşı hərbi əməliyyatlar aparmamağa çağırıb.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/712938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR