Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Metbuat.az xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının məlumatına görə, Tramp oktyabrın 29-da Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin iştirakı ilə keçirilən şam yeməyi zamanı Ərdoğana zəng edib.
Ərdoğan Trampa türk dövlətləri liderlərinin salamlarını çatdıraraq sammitdə təşkilatın inkişafına töhfə verəcək qərarların qəbul olunacağını bildirib.
Tramp isə sammitin uğurla keçirilməsini arzulayıb.